Azərbaycan Universiteti Ukrayna universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Universiteti Ukrayna universiteti ilə əməkdaşlığa başlayır Azərbaycan Universiteti ilə Ukraynanın Xarkov Milli Radio Elektronika Universiteti arasında anlaşma Memorandumu imzalanıb. Sənəd ali təhsil müəssisələri arasında qarşılıqlı maraq doğuran sahələrdə çoxşaxəli əməkdaşlığa zəmin yaradır.
Memorandumda birgə layihələrin həyata keçirilməsi, ikili diplom proqramlarının yaradılması, birgə laboratoriya və tədris mərkəzinin qurulması, Azərbaycan Universiteti tələbələrinin Xarkov Milli Radio Elektronika Universitetində təhsil almaları və başqa bu kimi məsələlər öz əksini tapıb.
İmzalanma mərasimində Xarkov Milli Radio Elektronika Universitetinin rektoru prof. Valeri Semenes, Beynəlxalq əlaqələr üzrə prorektor Murad Omarov, Kompüter mühəndisliyi fakültəsinin dekanı Aleksey Lyasenko, Sistemotexnika kafedrasının müdiri İqor Qrebennik iştirak edib. Azərbaycan Universitetini mərasimdə İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev təmsil edib.
Tədbirdə qeyd edilib ki, beynəlxalq əlaqələrin genişləndirilməsi, bakalavariat və magistratura pillələrində ikili diplom proqramlarının həyata keçirilməsi hər iki universitetin strateji hədəfləri sırasındadır. Universitetlərin profili və öncəlikləri tərəflər arasında əməkdaşlığın səmərəli olmasına imkan yaradır.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universiteti Ukrayna universiteti ilə əməkdaşlığa başlayır




Oxşar xəbərlər