Metil qrupu uranı orqanizmdən effektiv şəkildə təmizləməyə kömək edib

Metil qrupu uranı orqanizmdən effektiv şəkildə təmizləməyə kömək edib Çin kimyaçıları uranı sümük və böyrəklərdən məlum preparatlardan 6 dəfə daha effektiv xaric edən molekul sintez ediblər.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutu məlumat yayıb. Məlumatda bildirilir ki, təcrübələr nəticəsində alimlər laboratoriya şəraitində kompleksləşdirici agentin uranı hüceyrələrdən demək olar ki, tamamilə (99,5 faiz) təmizlədiyini, canlı orqanizmdən xaricedilmə dərəcəsinin yalnız 10 faiz az olduğunu və terapiyanın başlanma vaxtından asılı olmadığını müəyyənləşdiriblər.
Tədqiqatın nəticəsi “Nature Communications”da dərc olunub.

Tehsil-press.az

Oxşar xəbərlər