“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin müsahibə mərhələsində 96 namizəd iştirak edib

“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin müsahibə mərhələsində 96 namizəd iştirak edib “Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində regionlar üzrə namizədlər üçün müsabiqənin sonuncu mərhələsi keçirilib.
Layihənin üçüncü – müsahibə mərhələsində 19 və daha yuxarı bal toplayan 96 namizəd iştirak edib. Namizədlərin nəticələri ilə bağlı məlumatlar iyulun sonunadək onların onlayn ərizədə qeyd etdikləri elektron poçt ünvanlarına göndəriləcək.
Bakı şəhərindən olan namizədlər üçün müsahibə mərhələsi yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, müsabiqədə iştirak üçün 744 nəfər qeydiyyatdan keçib.

Tehsil-press.az

Oxşar xəbərlər