Azərbaycan Universitetində yay semestri başlayıb

Azərbaycan Universitetində yay semestri başlayıb Bu gündən Azərbaycan Universitetində yay semestri başlayıb.
Yay semestri iyulun 15-dən avqustun 23-dək təşkil olunur. Yay semestrində dərslər ümumilikdə 55 fənn üzrə aparılır. Dərslərdə 110 tələbə iştirak edir. Yay semestrində Azərbaycan Universitetinin tələbələri ilə yanaşı, digər ali məktəblərin tələbələri də iştirak edir.
Ətraflı məlumatla universitetin rəsmi saytında tanış olmaq mümkündür.

Mətbuat Xidməti

Oxşar xəbərlər