“İstək” liseyinin şagirdləri Bakı Dövlət Universitetində praktiki dərslərdə iştirak ediblər

“İstək” liseyinin şagirdləri Bakı Dövlət Universitetində praktiki dərslərdə iştirak ediblər Mingəçevirdəki “İstək” liseyinin XI sinif şagirdləri Bakı Dövlət Universitetində (BDU) olublar.
Şagirdlərə universitetin tarixi, inkişaf mərhələləri, tədrisin təşkili, beynəlxalq təcrübənin tətbiqi, tələbə mübadilə proqramları barədə ətraflı məlumatlar verilib. Qeyd olunub ki, bu ali məktəbin humanitar, fundamental və təbiət elmləri sahələrini əhatə edən 17 fakültəsində müxtəlif ixtisaslar üzrə 22 mindən çox tələbə Azərbaycan, rus və ingilis dillərində təhsil alır.
Sonra liseyin şagirdləri universitetin maddi-texniki bazası ilə tanış olub, laboratoriya, muzey və mərkəzlərdə keçirilən praktiki dərslərdə iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər