“British Council” 12 yeni beynəlxalq tərəfdaşlıq layihəsini maliyyələşdirəcək

“British Council” 12 yeni beynəlxalq tərəfdaşlıq layihəsini maliyyələşdirəcək “British Council” təşkilatının iki ildir həyata keçirdiyi “Creative Spark” Ali Təhsil Müəssisəsi Proqramı 12 yeni beynəlxalq tərəfdaşlığı maliyyələşdirəcək. Bununla da müvafiq istiqamətdə maliyyələşdirilən layihələrin yekun sayı 50-yə çatacaq.
Tərəfdaşlıq layihələri Birləşmiş Krallıq ilə Cənubi Qafqaz, Mərkəzi Asiya və Ukraynanın ali təhsil və yaradıcı müəssisələri arasında qurulub. Minlərlə gənci sahibkarlıq bacarıqları ilə təmin edəcək və Birləşmiş Krallıq ilə Azərbaycan arasında mədəni əlaqələr yaradacaq layihələrin hazırlanması üçün hər bir tərəfdaşlıq proqrama 40,000 funt-sterlinqə qədər maliyyə vəsaiti ayrılacaq.
“Creative Spark” layihəsinin məqsədi yaradıcı sektorları və gələcək nəsli biznes ideyalarının inkişaf etdirilməsi bacarığı ilə dəstəkləməkdir. Bu proqramdan faydalanan şəxslər əsasən universitet tələbələri, məzunları və gənc sahibkarlardır.
Proqram gənclərin beynəlxalq şəbəkələrə, bazarlara və resurslara daha yaxşı çıxışını təmin etmək üçün diqqəti üç sahəyə yönəldir.
Qeyd edək ki, 2019-2020-ci illərdə “British Council” Azərbaycanda üç yeni beynəlxalq tərəfdaşlıq layihəsini də maliyyələşdirəcək. Azərbaycandan olan tərəfdaşlar Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasıdır. Birləşmiş Krallıqdan olan tərəfdaşlar isə Qrinviç, Kent və York universitetləridir.

Tehsil-press.az



Oxşar xəbərlər