UFAZ ilə “British Council Azərbaycan” əməkdaşlıq edəcək

UFAZ ilə “British Council Azərbaycan” əməkdaşlıq edəcək British Council Azərbaycan” ofisinin direktoru Samr Şah Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.
Görüşdə UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov universitetin fəaliyyəti haqqında ətraflı məlumat verib. Sonra UFAZ və “British Council Azərbaycan” arasında gələcək əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılıb, bir sıra yeni hədəflər müəyyənləşdirilib.
Əməkdaşlığın əsasən tələbələrin inkişafı istiqamətində olacağını vurğulayan “British Council Azərbaycan” ofisinin direktoru Samr Şah bunun üçün ingilis dilində təlimlərin təşkil olunmasının zəruriliyini qeyd edib. Bu təlimlərin “British Council Azərbaycan” ofisinin müəllimləri tərəfindən aparıla biləcəyini diqqətə çatdıran direktor bu sahədə onların UFAZ-a dəstək ola biləcəyini söyləyib.
Görüşdə, həmçinin “Sahibkarlıq”, “Marketinq”, “İnsan resursları” mövzularında təlimlərin keçirilməsi, UFAZ tələbələrinin “British Council Azərbaycan” ofisinin təşkil etdiyi mədəni tədbirlərdə iştirakı, UFAZ tələbələrinə IELTS hazırlıq dərslərinin keçirilməsi kimi məsələlər də müzakirə olunub.
Sonra qonaqlar UFAZ-ın laboratoriyası, dərs otaqları, kitabxanası ilə tanış olublar.

Hikmət Əliyev

Oxşar xəbərlər