Özünü həyətindəki tikilidə asdı...

Özünü həyətindəki tikilidə asdı... İsmayıllıda intihar hadisəsi baş verib.
Rayon sakini, 27 yaşlı Şükürlü Sədail Ramazan oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü iplə asıb.
Rayon sakinlərinin verdiyi məlumata görə, intihar edən şəxsin həyat yoldaşı ilə ailə-məişət münaqişəsi olub və qadın bir müddətdir ki, evindən çıxaraq atasıgildə yaşayırmış. Beş il əvvəl ailə quran Sədail Şükürlünün 4 yaşında oğul övladı var.
Fakta bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu

Oxşar xəbərlər