Uzunmüddətli tətil uşaqlara pis təsir edir

Uzunmüddətli tətil uşaqlara pis təsir edir Amerika alimləri sübut ediblər ki, uzun müddətli yay tətilləri həm uşaqların, həm də müəllimlərin psixikasına pis təsir edir. "Uçitelskaya qazeta"nın yazdığına görə, mütəxəssislər qeyd edirlər ki, sentyabrda məktəbdə dərslərin başlanması ərəfəsində uşaqların çoxu əsl stress hiss edirlər. Bu halda onlarda işləmək qabiliyyəti azalır, davamiyyət zəifləyir.
Bundan əlavə, uşaqlar onlara xas olmayan, yaşlıların xəstəliklərinə tutulurlar: çoxunda arterial təzyiq yüksəlir, bu isə hipertoniyaya gətirib çıxara bilər. Bəzi uşaqların əsəb sistemində pozuntular və depressiyalar baş qaldırır. Amerika alimləri belə bir nəticə çıxarıblar: məktəblilərdə beyin yüklənir, bu isə orqanizmin istənilən sisteminin xəstəliyinə yol aça bilər.
Həkimlər tətillərin uzunluğunu azaltmağı, həmçinin uşağı məktəbə göndərməzdən əvvəl psixoloqa və ya psixoterapevtə müraciət etməyi məsləhət görürlər.

Oruc MUSTAFAYEV



Oxşar xəbərlər