Keçmiş xanımını əvvəlcə avtomobillə vurdu, daha sonra bıçaqladı - Bakıda

Keçmiş xanımını əvvəlcə avtomobillə vurdu, daha sonra bıçaqladı - Bakıda Bakıda kişi əvvəlcə keçmiş həyat yoldaşını avtomobillə vurub, daha sonra onu və anasını bıçaqlayıb.
Bakıxanov qəsəbəsində 1977-ci il təvəllüdlü Fədai Atakişiyev idarə etdiyi "Opel" markalı avtomobillə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Atakişiyevanı vurub. F.Atakişiyev avtomobilindən düşərək əvvəlcə R.Atakişiyevanı bıçaqlayıb. Daha sonra onun anası Narın Ağayevaya da bıçaqla xəsarət yetirib.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. F.Atakişiyev saxlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər