
Bu, qarnındakı ağrılardan şikayət edən 51 yaşlı kişinin həkimlərə müraciətindən sonra məlum olub. Belə ki, kompüter tomoqrafiyası onun öd yolunda yad cismin ilişdiyini göstərib. Mütəxəssis endoskop vasitəsi ilə həmin obyekti – diş fırçasını oradan çıxara bilib.
Diş fırçasının uzunluğunun 15 santimetr olduğu bildirilir. O, orqanizmdə qaldığı müddətdə qaralıb və başlığındakı tükcüklərindən olub.
Pasiyentin sözlərinə görə, o, 20 il əvvəl həbs olunub. O, diş fırçasından intihar etmək üçün istifadə edib, lakin cəhdi boşa çıxıb. Kişi sağ qalıb və həbsdən qarnında diş fırçası ilə çıxıb.
Tehsil-press.az