
1. Arzu Xəlil qızı Xəlilli-2002-ci ildə Sabirabad rayonunun Bulduq kəndində anadan olub. 2008-2019-cu illərdə İsfəndiyar Mirzəyev adına Bulduq kənd tam orta məktəbində təhsil alıb. 2019-2020-ci tədris ilində 583 bal toplayaraq ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunub.
2. Gülşən Afiq qızı Əsədli-2002-ci ildə Sumqayıt şəhərində anadan olub. 2008-2019-cu illərdə Sumqayıt şəhərində Cəlil Səfərov adına 10 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-2020-ci tədris ilində 550 bal toplayaraq ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunub.
3. Aynurə Firudin qızı Süleymanova-2001-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008-2017-ci illərdə İmran Bayramov adına Aşağı Quşçu kənd orta məktəbində, 2017-2019-cu illərdə Dondar Quçşu kənd tam orta məktəbində təhsil alıb. 2019-2020-ci tədris ilində 545 bal toplayaraq ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunub.
4. Mehriban Rafiq qızı Mustafayeva-2001-ci ildə Yevlax şəhərində anadan olub. 2008-2019-cu illərdə Yevlax şəhərində Sahib Əliyev adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 2019-2020-ci tədris ilində 527 bal toplayaraq ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunub.
5. Sara Qara qızı Göyüşova-2002-ci ildə Bakı şəhərinin Qaradağ rayonunun Ümid qəsəbəsində anadan olub. Əslən Zəngilan rayonundandır. 2008-2017-ci illərdə Ümid qəsəbəsindəki 294 nömrəli tam orta məktəbdə, 2017-2019-cu illərdə isə 319 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-2020-ci tədris ilində 520 bal toplayaraq ADPU-nun Riyaziyyat fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunub.
6. Əsmətel Namiq qızı Əhmədzadə-2002-ci ildə Bakı şəhərində anadan olub. 2008-2019-cu illərdə Xırdalan şəhərində Bəxtiyar Cəfərov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-2020-ci tədris ilində 515 bal toplayaraq ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunub.
7. Sevinc Oktay qızı Kərimzadə-2002-ci ildə Nefçala rayonunun Şorkənd kəndində anadan olub. 2008-2019-cu illərdə Salyan şəhərində Mərdan Muradxanov adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-2020-ci tədris ilində 514 bal toplayaraq ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunub.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi





