Dünyada ən çox qazanan aktyorların siyahısı açıqlanıb

Dünyada ən çox qazanan aktyorların siyahısı açıqlanıb ABŞ aktyoru Dueyn Conson "Forbes" jurnalında ən çox qazanan aktyorların reytinq siyahısında birinci yeri tutub. 47 yaşlı Dueyn Conson 12 ay ərzində 89,4 milyon ABŞ dolları qazanaraq jurnalın reytinq siyahısında keçən il tutduğu ikinci yerdən birinciyə irəliləyib. Siyahıda ikinci yeri Kris Hemsvort (76,4 milyon ABŞ dolları), üçüncü yeri oğul Robert Dauni (66 milyon ABŞ dolları) tutub. İlk onluqda, həmçinin Akşay Kumar, Ceki Çan, Bredli Kuper, Adam Sendler, Kris Evans, Pol Radd, Uill Smit yer alıblar.

Tehsil-press.az

Oxşar xəbərlər