Abxaziyadakı seçkilərlə bağlı Azərbaycan XİN-dən bəyanat

Abxaziyadakı seçkilərlə bağlı Azərbaycan XİN-dən bəyanat Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində 25 avqust 2019-cu il tarixində keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Bəyanata görə, Azərbaycan XİN Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.
Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

Tehsil-press.az

Oxşar xəbərlər