Riyaziyyat və Mexanika İnstitutu müxtəlif ölkələrdə çalışan riyaziyyatçılarla əlaqə saxlayır

Riyaziyyat və Mexanika İnstitutu müxtəlif ölkələrdə çalışan riyaziyyatçılarla əlaqə saxlayır Bu gün Azərbaycan riyaziyyatçılarının bayramıdır, dünyanın tanınmış riyaziyyatçı alimləri Bakıda -“Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransında görüşürlər. Sevindirici haldır ki, bu alimlər arasında həmvətənlərimiz xüsusi yer tuturlar.
Bu fikirləri Tehsil-press.az-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov deyib.
O bildirib ki, azərbaycanlı riyaziyyatçılar arasından 100-dən çox elmlər doktoru, professor Türkiyənin müxtəlif universitetlərində elmi fəaliyyətlə məşğuldur. Bu statistika təkcə Türkiyə ilə məhdudlaşmır, Azərbaycan riyaziyyatçıları dünyanın müxtəlif ölkələrində çalışırlar. İnstitutun onların hər biri ilə əlaqələri var və bu gün onlar da çalışdıqları elm müəssisələrini təmsil etmək üçün konfransa qatılıblar.
“Konfransın məqsədi akademik fikir mübadiləsi aparmaqdır. Burada riyaziyyatın həm tətbiqi, həm də nəzəri sahələri müzakirə olunacaq. Beynəlxalq konfranslar o zaman yaddaqalan olur ki, onlar qarşıya qoyulan mühüm məsələlərin həlli üçün çıxış yolları təklif edə bilirlər. Ümid edirəm ki, konfransımız qarşıya qoyduğu məqsədə nail olacaq”, - deyə professor Misir Mərdanov vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər