Astanada Türk Dünyası Riyaziyyat Cəmiyyətinin VI Konqresi keçirilib

Astanada Türk Dünyası Riyaziyyat Cəmiyyətinin VI Konqresi keçirilib Oktyabrın 2-dən 5-dək Qazaxıstanın paytaxtı Astanada Qumilyov adına Avrasiya Universitetində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) VI Konqresi keçirilib.
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, TDRC-nin vitse-prezidenti, akademik Fikrət Əliyev konqresdə “İdentifikasiya məsələlərinin həlli üçün alqoritm və onların neft məsələlərinə tətbiqi” adlı plenar məruzə və "2015-2017-ci illərdə Azərbaycan riyaziyyatçılarının ən yaxşı elmi işləri” mövzusunda məruzə ilə çıxış edib.
Konqresdə, həmçinin AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri, professor Araz Əliyev, Tətbiqi Riyaziyyat İnstitutunun direktor müavini Nailə Vəliyeva, tərs məsələlər və qeyri-xətti tənliklər şöbəsinin müdiri Etibar Pənahov, elmi katib Nərgiz Səfərova da məruzə söyləyiblər.
Altıncı konqres çərçivəsində Qazaxıstan Elmlər Akademiyasının akademiki M.Otelbayevin 75 illik yubileyi də qeyd olunub. Bu münasibətilə keçirilən iclasda Fikrət Əliyev yubilyarı “TDRC-nin Nəzəri və Tətbiqi Riyaziyyat” jurnalının redaksiya heyəti adından təbrik edib.
TDRC-nin vitse-prezidenti Cəmiyyətin idarə heyətinin iclasında da iştirak edib. İclasda Cəmiyyətin növbəti konqresinin 2020-ci ildə Daşkənd şəhərində keçirilməsi qərara alınıb.

Təhsil-press.az

Oxşar xəbərlər