
Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə İranın yeni təyin edilmiş baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib.
Görüş zamanı S.Ə.Hüseyni baş konsul təyinatı ilə əlaqədar patent sənədini P.Mirzəzadəyə təqdim edib.
P.Mirzəzadə baş konsul S.Ə.Hüseyniyə gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı Azərbaycan ilə İran arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətləri müzakirə olunub. Görüşdə, həmçinin İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə iştirak edib.
Tehsil-press.az