AMEA-da magistrantların tədris ilinə start verilib

AMEA-da magistrantların tədris ilinə start verilib AMEA İnformasiya Texnologiyaları İnstitutunda magistrantların tədris ilinə start verilib.
Tədris-İnnovasiya Mərkəzində magistrantlara xarici dil fənnindən ilk dərs keçirilib. Semestr ərzində xarici dil fənni üzrə dərslər magistrantlara 3 qrup və 6 alt qrup üzrə tədris olunacaq.
Qeyd edək ki, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ingilis dili, psixologiya, pedaqogika, fəlsəfənin əsasları kimi ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili İnformasiya Texnologiyaları İnstitutuna həvalə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər