Qubada dəhşətli qəza: 2 ölü, 2 yaralı

Qubada dəhşətli qəza: 2 ölü, 2 yaralı Quba rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayuonun Söhüb kəndində qeydə alınıb.
Avtomobilin dərəyə aşması nəticəsində iki nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan daha iki nəfər isə ağır vəziyyətdə Quba mərkəzi rayon xəstaxanasına aparılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər:
"Təcili Tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər".
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Qeyd edək ki, avtomobil “Azərişıq” ASC-yə məxsus olub.

Tehsil-press.az

Oxşar xəbərlər