Azərbaycan Texniki Universitetində Dövlət Bayrağı Günü qeyd olunub

Azərbaycan Texniki Universitetində Dövlət Bayrağı Günü qeyd olunub Azərbaycan Texniki Universitetində (AzTU) 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Gününə həsr olunan tədbir keçirilib. Tədbir Dövlət himninin səslənməsi ilə başlanıb.
Universitetin prorektoru İsa Xəlilov əlamətdar günlər münasibətilə tələbələri təbrik edib, üçrəngli bayrağımızın və Azərbaycan Konstitusiyasının yaranmasının tarixindən danışıb.
Qeyd edilib ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Prorektor bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan bu bayraq 1918-ci il noyabrın 9-da AXC hökumətinin iclasında qəbul edilib və günümüzə gəlib çatanadək çox keşməkeşli yollar qət edib.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin iradəsi ilə ilk dəfə 1990-cı il noyabrın 19-da Naxçıvan Ali Sovetinin iclas zalına üçrəngli bayrağımız təntənə ilə gətirilib və dövlət bayrağı kimi təqdim olunub.
Professor Qabil Hüseynli hər iki tarixi günün yaranmasının siyasi aspektləri haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq və demokratik quruluşa təminat verən müddəaları ilə konstitusiyamız Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyur.
Digər çıxış edənlər gənclərin milli, dövlətçilik ənənələrimizə olan sadiqliyindən, vətənpərvərliyindən danışıblar.

AzTU-nun Mətbuat Xidməti


Azərbaycan Texniki Universitetində Dövlət Bayrağı Günü qeyd olunub

Azərbaycan Texniki Universitetində Dövlət Bayrağı Günü qeyd olunub

Oxşar xəbərlər