UTECA komandası avropalı təhsil ekspertləri ilə növbəti təlimdə

UTECA komandası avropalı təhsil ekspertləri ilə növbəti təlimdə UTECA EQAC komandası Bakı Biznes Universitetində təşkil olunan təlimdə iştirak edərək avropalı təhsil ekspertləri ilə görüşüb. Azərbaycan Texnologiya Universitetini Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov, Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev təmsil ediblər. İki günlük təlimdə Avropa təhsil standardları (ESG) üzrə əsas dəyərləndirmə göstəriciləri hazırlanıb və həmin standardların universitet daxilində tətbiqinin mövcud vəziyyəti barədə müzakirələr aparılıb. UTECA nümayəndələri keyfiyyətin təminatı ilə bağlı Avropa Təhsil Məkanının (EHEA) təcrübəsini öyrənmək üçün təlimdə iştirak edən avropalı təhsil ekspertləri ilə təcrübə mübadiləsi aparıblar.
EQAC (Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması) layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşən ERASMUS+ proqramı çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, 5 avropa və 11 Azərbaycan universitetinin iştirak etdiyi layihə tələbə yönümlü təhsil proqramlarının yeni standartlara uyğun yazılması, tələbələrlə iş, tələbəyə dəstək, professor-müəllim heyətinin illik fəaliyyətinin reytinq qiymətləndirilməsi və stimullaşdırılması, Avropa təhsil standardlarının(ESG) mövcud vəziyyətdə universitetin struktur bölmələrində tətbiqi kimi bir sıra konsepsiyaları özündə birləşdirir.
EQAC çərçivəsində indiyə qədər müxtəlif tarixlərdə Bakı ilə yanaşı İngiltərə, Litva, İsveç və İspanyada UTECA əməkdaşlarının aktiv iştirak etdiyi müxtəlif təlimlər təşkil olunub. Litvada və İspanyada baş tutan təlimlərdə Universitetin rektoru prof.Akif Süleymanov şəxsən iştirak edib.

UTECA-ın Mətbuat Xidməti


UTECA komandası avropalı təhsil ekspertləri ilə növbəti təlimdə

UTECA komandası avropalı təhsil ekspertləri ilə növbəti təlimdə

UTECA komandası avropalı təhsil ekspertləri ilə növbəti təlimdə

Oxşar xəbərlər