İlahiyyat İnstitutunda effektiv öyrənmə üsullarına dair təlim təşkil edilib

İlahiyyat İnstitutunda effektiv öyrənmə üsullarına dair təlim təşkil edilib Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Effektiv öyrənmə üsulları” mövzusunda təlim keçirilib.
Tədris şöbəsinin müdiri Zərifə Əliyeva mövzunun əhəmiyyətinə toxunaraq gənclərdə mütaliə və məsuliyyət vərdişlərinin aşılanmasında, tələbələrdə fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində belə tədbirlərin xüsusi rol oynadığını vurğulayıb.
“Effektiv öyrənmə üsulları” mövzusunda çıxış edən Fəxrəddin Abdullayev dəyişim və onun gücü, effektiv öyrənmə, özünəinam və daxili intizamın gücü haqqında söhbət açıb. O, özünəinam, prioritetlər və dərketmə, daxili intizamın mahiyyəti və fəlsəfəsi, gündəlik zamanın idarə edilməsi, sağlamlıq vərdişləri barədə məlumat verib. Qeyd edib ki, özünəinam xoşbəxt və uğurlu həyat üçün vacib olan amildir.
Təlim tələbələrin suallarının cavablandırılması və müzakirələrlə davam etdirilib.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər