BSU-da “M.Y.Lermontovun məhəbbət lirikasının ünvanları” mövzusunda məruzə dinlənilib

BSU-da “M.Y.Lermontovun məhəbbət lirikasının ünvanları” mövzusunda məruzə dinlənilib Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və Tarxanı Dövlət Lermontov Muzey-Qoruğunun əməkdaşlığı ilə təşkil olunmuş tədbirlərdən biri Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsində keçirilib.
Tədbiri giriş sözü ilə Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva açaraq Mixail Yuryeviç Lermontovun yaradıcılığı haqqında məlumat verib. Sonra elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov tədbirin böyük rus şairinin yaradıcılığının öyrədilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Tədbirdə “M.Y.Lermontovun məhəbbət lirikasının ünvanları” mövzusunda məruzə dinlənilib, muzey-qoruğa virtual ekskursiya edilib. Mövzunun davamı olaraq “Kağıza qəlbimlə toxunaraq...” adlı məşğələ aparılıb. Fakültənin 4 tələbəsi Lermontov dövrünün üslubi-leksik vasitələrindən istifadə etməklə epistolyar janrda öz bacarıqlarını sınayıblar.
BSU-nun professoru İlyas Həmidov “M.Y.Lermontovun şeir dilinin lüğəti” (2 cilddə) kitabını muzey-qoruğa hədiyyə edib. Həmçinin 80 illik yubileyini qeyd edən muzey-qoruğun rəhbərliyinə BSU-nun rektorunun təbrik məktubu və fakültənin hazırladığı hədiyyə təqdim olunub.

BSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər