“Kiçik Akademiya” rəhbərləri üçün təlimlər

“Kiçik Akademiya” rəhbərləri üçün təlimlər Paytaxtın ümumtəhsil müəssisələrində fəaliyyət göstərən “Kiçik Akademiya” rəhbərləri üçün təlimlər keçirilir.
Təlimlərin keçirilməsinin əsas məqsədi “Kiçik Akademiya” rəhbərlərinin sistemli və səmərəli fəaliyyətini təmin etmək, onlar arasında qarşılıqlı fəaliyyət çərçivəsində sağlam rəqabət mühiti yaratmaqdan ibarətdir.
Təlimlər zamanı elmi-tədqiqat fəaliyyətinə meyili olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rolu olan “Kiçik Akademiya”lar barədə fikir mübadiləsi aparılır, müzakirə olunan məsələlərə dair tövsiyələr verilir.
Təlimlər BŞTİ-nin tabeliyindəki 232 nömrəli tam orta məktəbin təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib gəlmiş “Kiçik Akademiya” prezidentlərinə təlimlərin keçirilməsi” layihəsi əsasında icra olunur.
“Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, rəhbərlərin düzgün təlimatlandırılması layihənin qarşıya qoyduğu əsas hədəflərdəndir.
Təlimlərin dekabr ayına kimi davam edəcəyi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər