ADNSU Peru Respublikasının Dövlət Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək

ADNSU Peru Respublikasının Dövlət Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Peru Respublikasının Dövlət Mühəndislik Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb.
İmzalanma mərasimində bu ali məktəbin rektoru, professor Mustafa Babanlı Perunun texnikiyönümlü ali təhsil müəssisələri ilə əlaqələr yaradılmasının əhəmiyyətini vurğulayıb, əməkdaşlığın prioritet sahələrindən danışıb.
Perunun Azərbaycandakı səfiri Mariya Milaqros Kastanyon Seoane təhsil sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını deyib.
Sonra iki universitet arasında əməkdaşlıq sazişi imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər