ADPU-nun elmi şurasının 2019-2020-ci tədris ili üçün ilk iclası keçirilib

ADPU-nun elmi şurasının 2019-2020-ci tədris ili üçün ilk iclası keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elmi şurasının 2019-2020-ci tədris ili üçün ilk iclası keçirilib.
Rektor, elmi şuranın sədri Cəfər Cəfərov iclasın gündəliyində duran məsələlərdən danışıb.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov ADPU-da tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində görülmüş işlər və vəzifələr haqqında hesabat məruzəsi ilə çıxış edib. Prorektor Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar üzrə işlər, Dayanıqlı İnkişaf Məqsədlərinin fakültə, ixtisas və kurs səviyyəsində tətbiqi haqqında məlumat verib.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov universitetdə 2020-ci ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli elmi konfranslar barədə məruzə edib.
Sonra cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

ADPU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər