Sumqayıt şəhərinin 70 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt şəhər kitabxanalarında silsilə tədbirlər keçirilib

Sumqayıt şəhərinin 70 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt şəhər kitabxanalarında silsilə tədbirlər keçirilib Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhərinin 70 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt şəhər kitabxanalarında silsiılə tədbirlər keçirilib.
Belə ki, Nizami Gəncəvi adına Kitabxana Kluba 28 saylı məktəbin şagirdləri ekskursiyada olublar. Onlar kitabxananın oxu zalı, abonement şöbəsi, multimedia otağı, nağıl otağı və “Satış məntəqəsi” ilə yaxından tanış olublar. Kitabxanaçılar şagirdlərə kitabxananın fondunda olan kitablar və kitabxanada təşkil olmuş sərgilər haqqında geniş məlumat veriblər.
Bundan əlavə, Kitabxana Klubda fəaliyyət göstərən “Rəsm” dərnəyinin şagirdləri, kitabxananın fəal oxucuları Sumqayıtın Tarixi Muzeyinə ekskursiya ediblər. Ekskursiya zamanı muzeyin əməkdaşları oxucuları muzeylə yaxından tanış edib, eksponatlar, şəhərimizin tarixini əks etdirən materiallar, o cümlədən, Sumqayıtla bağlı kitablar haqqında ətraflı məlumat veriblər.
M.Ə.Rəsulzadə adına kitabxana filialda “Gənclərin maraq dünyası” adlı viktorina keçirilib. Tədbirdə Sumqayıt Dövlət Universitetinin tələbələri, 15 və 25 saylı orta məktəbin şagirdləri iştirak edib. Viktorinada verilən suallara tez və düzgün cavabina görə 25 nömrəli orta məktəbin şagirdləri fəqrləniblər.
Mərkəzi Uşaq Kitabxanasının təşkilatçılığı ilə Sumqayıt Şahmat Məktəbində “Sumqayıtın idman uğurları” adlı tədbir keçirilib. Tədbirdə idmanın insanın həyatındakı əhəmiyyətindən, dövlətin bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə təşkil edilən beynəlxalq miqyaslı tədbirlərdən, əldə edilən yüksək nailiyyətlərdən danışılıb, kitabların xülasəsini verilib. Sonra oxucuların ifasında şahmata həsr olunmuş şeir və hekayələr dinlənilib. Daha sonra Əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim İlham Əliyevin hazırladığı “Sumqayıt şəhərinin 70 illiyinə həsr edilmiş açıq dərs” və “Dünya mənim gözümlə” adlı fotoslayd nümayiş olunub, intellektual yarış keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt şəhərinin 70 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt şəhər kitabxanalarında silsilə tədbirlər keçirilib

Sumqayıt şəhərinin 70 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt şəhər kitabxanalarında silsilə tədbirlər keçirilib

Sumqayıt şəhərinin 70 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt şəhər kitabxanalarında silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər