Azərbaycanda Təhsil Nazirliyi nəzdində idarəetmə qrupu yaradılıb

Azərbaycanda Təhsil Nazirliyi nəzdində idarəetmə qrupu yaradılıb “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu yaradılıb.
Baş nazir Əli Əsədovun qərarına əsasən, qrup, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin nəzdində yaradılır.
İdarəetmə Qrupunun fəaliyyəti ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra – ARDNF) vəsaiti hesabına maliyyələşdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər