İsveçrə qonaqpərvərlik universitetlərinin Azərbaycan turizminim inkişafına töhfəsi

İsveçrə qonaqpərvərlik universitetlərinin Azərbaycan turizminim inkişafına töhfəsi Noyabr ayının 23-ü JW Marriott Absheron otelində Qonaqpərvərlik və Turizm üzrə dünyanın aparıcı məktəbləri – Glion və Les Roches Universitetlərində təhsilə həsr olunmuş tədbir keçiriləcək.
Kampusları İsveçrə, İspaniya, Böyük Britaniya və Çində yerləşən Glion və Les Roches Universitetləri dünya reytinqlərində ön sıralarında yerləşir: Universitetlərin hər ikisi Qonaqpərvərlik və Turizm təhsili üzrə TOP-4, işəgötürənlər arasındakı nüfüza görə isə TOP-3 daxildir.
Həm Glion Universiteti, həm də Les Roches Universitetində 2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində 50-ə yaxın tələbə təhsil alıb. Hər iki universitetin məzunları Azərbaycanın və dünyanın aparıcı şirkətlərində işləyir.
Turizmin inkişafına yetirilən diqqət, təşkil olunan beynəlxalq idman yarışları və tədbirlər bu sahənin Azərbaycan iqtisadiyyatı və inkişafı üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini sübut edir.
Les Roches Universitetinin Direktoru cənab Karlos Diez de la Lastranın Azərbaycanın bir neçə otel və şirkətin işçiləri üçün prezentasiyaların keçirilməsi, yerli partnyorlar ilə memorandumun imzalanması planlaşdırılıb. Bu da tərəfdaşlar arasında yeni layihələrin hazırlanması, əməkdaşlar üçün treninqlərin təşkil olunması, xarici ölkələrin təcrübələrini Azərbaycanda tətbiqi üçün yeni mərhələ olacaq.
Les Roches və Glion Universitetlərinin Azərbaycanda rəsmi nümayəndəsi Prime Education Şirkəti belə tədbirlərin Azərbaycanda turizm və qonaqpərvərliyin inkişafı üçün rolunu nəzərə alaraq, gələcəkdə daha da tez-tez təşkil olacağınu qeyd edir.
Prime Education
+994 12 488 67 85
+994 50 207 21 53
[email protected]
Prime.edu.az

Tehsil-press.az


Oxşar xəbərlər