BMT-nin Təlim və Tədqiqat İnstitutunun saytında Bakı Ali Neft Məktəbi haqda məqalə dərc olunub

BMT-nin Təlim və Tədqiqat İnstitutunun saytında Bakı Ali Neft Məktəbi haqda məqalə dərc olunub BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNİTAR) saytında Bakı Ali Neft Məktəbi (BANM) ilə UNITAR arasında əməkdaşlığa dair geniş məqalə dərc olunub.
Məqalədə iki qurum arasında əməkdaşlıq çərçivəsində “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində yeddi nigeriyalı tələbənin 2019/2023-cü tədris illəri müddətində Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Bakı Ali Neft Məktəbində bakalavr dərəcəsi üzrə təhsil aldığı qeyd olunub.
Yazıda həmin tələbələrin Azərbaycanda 4 il müddətində neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alması və onların Nigeriyanın neft sektoru üçün yararlı mütəxəssis kimi yetişdiriləcəyi, tədris müddətində tələbələrin nəzəri və praktiki biliklərə yiyələnəcəyi və sonda lazımi kreditləri toplayaraq BANM-in diplomunu əldə edəcəyi bildirilib. Eyni zamanda, BANM-in Azərbaycanda yüksəkixtisaslı mühəndis kadrlar hazırlanmasında liderliyi vurğulanıb.
“BANM tələbələrinə transmilli və beynəlxalq enerji şirkətlərində, eləcə də SOCAR-ın bütün filial və müəssisələrində təcrübə keçmək və iş təcrübəsi yaratmaqla məzunların dünya səviyyəli mütəxəssis olmalarına rəvac verir”.
Məqalədə Nigeriya hökumətinin neft-qaz sənayesində intellektual işçi qüvvəsi yaratmaq səylərinin məntiqi nəticəsi kimi nəzəri-praktiki bacarıq və təhsili özündə cəmləşdirən unikal 4 illik təhsil planının həyata keçirilməsinə verdiyi dəstəyə də xüsusi diqqət çəkilir: “Bu inteqrasiya edilmiş sistemin tətbiqi nigeriyalı tələbələrə iş bazarının (neft-qaz sənayesində) aktual tələblərinə uyğun olaraq müvafiq sahələrdə keyfiyyətli ali təhsil almağa imkan verəcək”.
Xatırladaq ki, 2018-ci il iyunun 19-da Cenevrədə BANM ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum BANM-in rektoru Elmar Qasımov və UNİTAR-ın icraçı direktoru, BMT-nin Baş katibinin müavini Nikhil Set tərəfindən imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər