Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumunun (PF) növbəti dinləməsi keçirilib. Tədbirdə tanınmış və nüfuzlu təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin “Müəllim və pedaqoji təhsil” mövzusunda məruzəsi dinlənilib. Dinləmədə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllimlər, şöbə müdirləri, təhsil mütəxəssisləri, pedaqoji sahədə tədqiqatlar aparmış alimlər və pedaqoji ictimaiyyətin nümayəndələri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və təhsil sahəsindən yazan jurnalistlər iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Pedaqoji Forum peşəkar və yüksək səviyyəli mütəxəssislərin toplandığı bir məkana çevrilib. Gələcəkdə Pedaqoji Forumun tədbirlərinin daha geniş formada keçirilməsi nəzərdə tutulur.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov çıxış edərək təhsil eksperti Etibar Əliyevin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Etibar Əliyev 1986-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Təyinatla 1986-1991-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində elmi işçi, 1992-2002-ci illərdə Təhsil Nazirliyində aparıcı mütəxəssis vəzifəsində çalışıb. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsində böyük elmi işçi vəzifəsində işləyir. 2000-ci ildə “Elmi idrakın inkişafında fiziki ideyaların rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. “Məktəbli fəlsəfəsi”, “Ədəbiyyat üzrə Nobel mükafatçıları”, “Yeni təhsil, tərbiyə və elm antologiyası”, “Boloniya bələdçisi”, “Müasir təhsil texnologiyalarının tezaurusu”, “Müəllimlərin peşəkar kompetensiyalarının inkişafına dəstək”, “Səriştəli valideyn” kitablarının müəllifidir. “Azərbaycan multikulturalizmi: dərslik” kitabının elmi redaktorudur. Hazırda “Elmin tarixi” kitabını tamamlamaq üzrədir. Etibar Əliyev “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədridir. Onun rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı elm və təhsil sahəsində 15-dan çox layihə icra edib. 200-dən çox elmi-publisistik məqalənin müəllifidir.
“Müəllim və pedaqoji təhsil” mövzusunda təqdimatla çıxış edən E.Əliyev qeyd edib ki, Pedaqoji Forum layihəsi uğurlu bir layihədir və Azərbaycanın təhsil tarixində qalacaq. Təqdimatın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edən E.Əliyev bildirib ki, “Müəllim və pedaqoji təhsil” mövzusu geniş və hərtərəfli mövzudur. Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya edir. Ölkəmiz rəsmi qaydada Boloniya prosesinə qoşulub. Biz yaddaş məktəbindən idrak məktəbinə keçirik. Müəllim insanlara dünyəvi elmləri öyrətməlidir. O, həm də ilahiyyat elmlərini bilməlidir. Tədris üsulları müxtəlifdir. Hər bir tədris üsulunda müəllimin keyfiyyəti özünü göstərir. Elm isbatetmə vərdişi, səriştə, bacarıqdır. Müasir elmdə tarixilik paradiqması gündəmdədir.Aristotelə görə müdriklik ağıl və elmin daxili vəhdətidir. Müasir dünyamızda biliyin statusu dəyişib, o mütləq tətbiq olunmalıdır. Yüksəkeffektli müəllimin aşkara çıxarılması vacibdir. Əsas məqsəd müəllimin effektivliyinin yüksəldilməsi, qiymətləndirmə sistemində islahatların aparılmasıdır. Öz çıxışında ideal müəllim modeli barədə danışan E.Əliyev vurğulayıb ki, xalqımızın böyük elm və təhsil xadimi, görkəmli ziyalısı Mehdi Mehdizadə psixologiya və pedaqogikanı müəllimin qoşa qanadı adlandırıb. Çağdaş dövrümüzdə müəllim menecer, müşahidəçi, diaqnostik, təşkilatçı, məsləhətçidir. Müəllim şərh edir, izah edir, ruhlandırır, ilham verir. Müəllim daim tədqiqatla, intellektual axtarışlarla məşqul olmalıdır. Bilik öyrətməyin ən yaxşı üsulu tədqiqatdır. Təqdimatında “Bilik nədir?”, “İdrak nədir?” suallarına ABŞ, Rusiya, Böyük Britaniya, Finlandiya, Yaponiya, Almaniya kimi böyük və inkişaf etmiş ölkələrin təhsil təcrübələrinə əsasən ətraflı cavab verib. Eyni zamanda, dünyanın qabaqcıl ölkələrinin pedaqoji təhsil sistemi, müəllimlərin peşəkar inkişafı barədə geniş məlumat verib.
Diskussiya şəraitində keçən tədbirdə millət vəkili Fazil Qəzənfəroğlu, hüquqşünas Aydın Kərimov, Bakı Slavyan Universitetinin Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, professor İramin İsayev, dosent Məhərrəm Zülfüqarlı, dosent Əli Zalov, dosent Rəcəb Əliyev, dosent Fəxrəddin Yusifov, dosent Eldar Hacıyev, dosent Əhməd Qəşəmoğlu və başqaları çıxış edərək təqdimatı yüksək qiymətləndiriblər. Çıxış edənlər ali məktəb müəllimlərinin peşəkar və mənəvi keyfiyyətləri, ali məktəblərin akkreditasiyası, müəllim hazırlığı, tədris proqramları, alternativ dərsliklər, elmin populyarlaşdırılması və digər vacib məqamlarla bağlı öz fikir və mülahizələrini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirə yekun vuran rektor Cəfər Cəfərov vurğulayıb ki, belə elmi-metodiki toplantılar dialoq imkanlarının,yeni fikir və ideyaların ortaya çıxmasına kömək edir. Təhsil xalqın, millətin təhlükəsizliyi məsələsidir. Azərbaycanın gələcəyi, hərtərəfli inkişafı təhsildən asılıdır. Yüksək keyfiyyətli təhsil xalqımızın dünyanın sivil və mütərəqqi xalqları arasında olmasını şərtləndirən əsas amildir. Rektor çox maraqlı və geniş məzmunlu təqdimata görə E.Əliyevə təşəkkür edib və uğurlar arzulayıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi