ADPU-da professor-müəllim heyətinin seçkisi ilə bağlı müşavirə keçirilib

ADPU-da professor-müəllim heyətinin seçkisi ilə bağlı müşavirə keçirilib Aprelin 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) professor-müəllim heyətinin seçkisi ilə bağlı müşavirə keçirilib. Müşavirədə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müvafiq şöbələrin müdirləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbir iştirakçılarını cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib və dövlət başçımıza uğurlar arzulayıb. Qeyd edib ki, ADPU-da seçki yolu ilə müsabiqə keçirilməsi təcrübəsi var. Ötən il keçirilmiş müsabiqə belə deməyə əsas verir. Həmin müsabiqə ədalətli, şəffaf, obyektiv keçirilib və uğurla yekunlaşıb. Şəffaf, ədalətli və demokratik seçki prosesi tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Seçki ən layiqli namizədlərin seçilməsinə təmin edir. ADPU-nun bütün professor-müəllim heyəti bu prosesdən keçməlidir. Seçkidə sağlam və ədalətli rəqabət mühiti təmin edilməlidir. Seçkinin ədalətli və şəffaf keçirilməsində fakültə dekanlarının, kafedra müdirlərinin və fakültə elmi şuralarının üzərinə böyük məsuliyyət düşür.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov “ADPU-da professor-müəllim heyətinin seçkisi: qaydalar və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, ADPU-da vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları öncədən universitetin rəsmi saytı olan adpu.edu.az saytında yerləşdirilib, həmçinin bu barədə sosial şəbəkələrdə geniş məlumatlar paylaşılıb. Bununla yanaşı, müsabiqənin keçirilməsi barədə “Azərbaycan müəllimi”qəzetinin 8 mart 2018-ci il tarixli sayında müvafiq elan dərc edilib. Aprelin 8-də müsabiqənin birinci mərhələsi-sənəd qəbulu mərhələsi başa çatıb. Müsabiqəyə 8 fakültədə 32 kafedra üzrə 124 vakant yer çıxarılıb. 387 nəfər sənəd verib. Seçki prosesi 3 ay davam edəcək və iyunun 8-də başa çatacaq. Builki seçki prosesi zamanı ötən il keçirilmiş seçki təcrübəsinin nəticələrinə əsaslanılmalı, ədalətli və şəffaf keçirilməli, mövcud qaydaların tələbələrinə uyğun təşkil edilməlidir. Fakültə dekanları, kafedra müdirləri seçki prosesinin şəffaf və obyektiv keçməsi üçün fəal iştirak etməlidirlər. Dosent E.Aslanov çıxışında vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları, keçiriləcək açıq dərslər üçün müəyyən edilmiş meyarları barədə ətraflı məlumat verib.
Müşavirədə çıxış edən professor Asəf Zamanov, dosent Sənan Əliyev, professor Buludxan Xəlilov, dosent Şahin Pənahov, professor Əzizxan Tanrıverdiyev, professor İramin İsayev, professor Müseyib İlyasov, dosent Oqtay Alxasov, dosent Əli Zalov, dosent Rəcəb Əliyev, dosent Yaqut Rzayeva müsabiqənin keçirilməsini yüksək qiymətləndirərək öz fikir və təkliflərini bölüşüblər.
Rektor Cəfər Cəfərov müşavirəyə yekun vuraraq seçkinin qanun çərçivəsində, ədalətli və şəffaf keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da professor-müəllim heyətinin seçkisi ilə bağlı müşavirə keçirilibADPU-da professor-müəllim heyətinin seçkisi ilə bağlı müşavirə keçirilib

Oxşar xəbərlər