
MDLU-nun nümayəndələri ilə keçirilən görüş zamanı Moskva ali təhsil müəssisəsində tərcümə üzrə kadrların hazırlanması, BSU-nun tələbələrinin təcrübə və müəllimlərinin staj keçmələri ilə bağlı geniş məsələlər müzakirə olunub.
Sonra BSU-nun nümayəndələri MDLU-da fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində olublar. Mərkəzin direktoru, professor Zemfira Rüstəmova onlara Azərbaycan dilinin xarici dil kimi öyrənilməsində uğurlar və problemlər barədə məlumat verib.
BSU-nun Mətbuat Xidməti