Geosistemlərin metodologiyasına dair kitab nəşr olunub

Geosistemlərin metodologiyasına dair kitab nəşr olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev, Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru, akademik Akif Əlizadə, həmin müəssisənin elmi katibi Yeganə Lətifova və aparıcı elmi işçi Xalidə Əlizadənin həmmüəllifi olduqları “Geosistemlərin və litogenezin müxtəlif tiplərinin dərk edilməsinin metodologiyası” kitabı çapdan çıxıb.
Elmi əsərdə materiyanın sistemli-struktur tədqiqatında dialektikanın “əksliklərin vəhdəti və mübarizəsi” qanununun hadisələrin proqnozunda mühüm metodoloji yanaşma roluna malik olduğu bildirilib. Qeyd olunub ki, bu qanun əsasında tektonik aktiv və passiv sahələrin neft-qazlılığının dialektik proqnozu mümkündür. Qarşılıqlı geosistemlər üçün metodoloji tədqiqatların tətbiqi birbaşa tədqiqatların qeyri-mümkün olduğu sahələrdə baş verən geoloji proseslərin və hadisələrin xarakterini məntiqi (dialektik proqnozla) olaraq müəyyən etməyə imkan verir. Bu elmi yanaşma keçmiş hadisələrin daha dəqiq şəkildə yenidən qurulmasının (rekonstruksiyası), müasir proseslərin dərindən dərk edilməsinin və onların gələcək inkişaf istiqamətlərinin etibarlı şəkildə əks olunmasının əsasını təşkil edir.
Yeni nəşr geoloqlar, neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsi problemləri ilə məşğul olan mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər