Fəlsəfə İnstitutunda akademik Fuad Qasımzadənin 90 illik yubileyi qeyd olunub

Fəlsəfə İnstitutunda akademik Fuad Qasımzadənin 90 illik yubileyi qeyd olunub AMEA-nın Fəlsəfə İnstitutunda tanınmış filosof, akademik Fuad Qasımzadənin 90 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Tədbirdə elmi müəssisənin direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə alimin keçdiyi ömür yoluna nəzər salıb, onun Azərbaycan fəlsəfə elminə verdiyi töhfələrdən bəhs edib. O bildirib ki, bu gün fəlsəfə sahəsində Fuad müəllimin yetirmələri müəllimlərini layiqincə təmsil edirlər.
Sonra Fəlsəfə İnstitutunun əməkdaşları akademik Fuad Qasımzadə ilə bağlı xatirələrini bölüşüblər.
Elmi seminarda Fəlsəfə İnstitutunun Etika şöbəsinin aparıcı elmi işçisi, dosent İradə Zərqanayevanın “Müasir Azərbaycanın şöhrətində və istiqlalında əməyi olan akademik Fuad Qasımzadə” mövzusunda məruzəsi dinlənilib.
Sonda ailə adından çıxış edən Anar Məmmədov tədbirin təşkilinə görə institutun rəhbərliyinə təşəkkür edib.

Tehsil-press.az


Oxşar xəbərlər