Təhsil naziri rektoru medalla təltif etdi

Təhsil naziri rektoru medalla təltif etdi Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanovu “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edib.
Nazir elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiklərinə görə bir çox elm adamlarının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.

Mətbuat Xidməti




Oxşar xəbərlər