
AMM burada xüsusi tərtibat və dizayn işlərini həyata keçirəcək, mərkəzi ölkəmizə dair nəşrlərlə təmin edəcək. Mərkəzə xüsusi avadanlıqlar, əyani vəsaitlər veriləcək və burada xalqlar arasında dostluq görüşləri, mədəni-ədəbi əlaqələrə dair müxtəlif tədbirlər, habelə dövlət atributları və milli mədəniyyətimizə dair xüsusi stendlər yaradılacaq.
Mərkəzdə Azərbaycan dili və ədəbiyyatının tədrisi həyata keçiriləcək, ədəbiyyatımıza dair azərbaycanlı alimlərin, mütəxəssislərin iştirakı ilə mühazirələr, “açıq dərs”lər, sərgi və seminarlar təşkil olunacaq, buradakı kitabxanadan isə özbək gəncləri geniş faydalanacaq, eyni zamanda Azərbaycan dili kursları təşkil olunacaq.
Tehsil-press.az