AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu nəşr etdirdiyi kitabları müxtəlif müəssisələrə - kitabxanalara, universitetlərə, arxivlərə və digər yerlərə tədqiqatçıların və oxucuların istifadəsi üçün töhfə olaraq paylayır.
Qurumdan bildirilib ki, kitabların böyük əksəriyyəti Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında yazılıb.
İnstitutun bu təşəbbüsündə əsas məqsəd tariximizi ictimaiyyət arasında geniş təbliğ etməkdir. Tarix İnstitutu Lənkəran, Şəmkir, Gəncə, Quba, Qusar, Şəki və digər şəhərlərdəki Heydər Əliyev mərkəzlərində elmi müəssisənin əsərlərindən ibarət fondlar yaradıb. Bundan başqa, institut öz nəşrlərini Prezident Kitabxanasına, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Siyasi Sənədlər Arxivinə, ADA Universitetinə, Azərbaycan Milli Kitabxanasına, AMEA-nın Mərkəzi Elmi Kitabxanasına, Milli Arxiv İdarəsinə, Bakı Dövlət Universitetinə, Bakı Slavyan Universitetinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinə, Azərbaycan Dillər Universitetinə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına, Sumqayıt Dövlət Universitetinə və digər müəssisələrə paylayıb.
Qeyd edək ki, Tarix İnstitutu məktəblilər arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə, “Bakı-İstanbul” liseyinə, 313 nömrəli məktəbə və digər orta ümumtəhsil məktəblərinə yüzlərlə kitab hədiyyə edilib.
Hazırda Tarix İnstitutunda Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələri yenidən yazılır və müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarımızın tarixi araşdırılır. Son 15 ildə institutda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. İnstitutun elm və təhsil müəssisələrinə payladığı kitabların ümumi sayı onminlərlədir.

AMEA-nın Mətbuat Xidməti