AMEA-nın gənc alimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun təqaüdünü qazanıb

AMEA-nın gənc alimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun təqaüdünü qazanıb Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Geoloji mühitin radiometriyası şöbəsinin mühəndisi Fuad Əliyev Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) ezamiyyətdə olub. Gənc alim AMEA ilə BNTİ arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində tədqiqatlar aparıb. O, tədqiqatlar zamanı Böyük Qafqazın cənub-şərq hissəsində yerləşən geoloji çıxışlardan götürülmüş çökmə süxurlarının element tərkibini neytron-aktivləşmə analizi vasitəsilə təyin edib.
Əldə olunan nəticələr BNTİ-nin İ.M.Frank adına Neytron fizikası laboratoriyasında gənc alim və mütəxəssislər arasında keçirilən İ.M.Frank adına təqaüd müsabiqəsinə təqdim olunub.
Müsabiqənin yekun nəticələrinə əsasən, F.Əliyevin araşdırması birinci yerə layiq görülüb.

Tehsil-press.az

Oxşar xəbərlər