Bakı Dövlət Universitetinin doktorantları Dubnada diploma layiq görülüblər

Bakı Dövlət Universitetinin doktorantları Dubnada diploma layiq görülüblər Bakı Dövlət Universitetinin (BDU) doktorantları Nərmin Hüseynova, Aygül Novruzova və Zeynəb Bayramova Rusiya Federasiyasının Dubna şəhərində keçirilən “Gənc alimlər üçün təcrübə proqramı”nda iştirak ediblər.
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) maliyyə dəstəyi ilə keçirilən proqram çərçivəsində doktorantlar BNTİ-nin yüksək enerjilər fizikası, radiobiologiya, nüvə problemləri, nüvə reaksiyaları, nəzəri fizika, neytron fizikası laboratoriyaları ilə tanış olub, nəzəri və praktik seminarlarda iştirak ediblər. Onlar, eyni zamanda, elm-istehsalat mərkəzi, Aspekt və Dubna universitetləri, Dubna Xüsusi Ekonomik Zonası və Skolkov İnnovasiya Mərkəzində olublar.
Təcrübə proqramına əsasən, iştirakçılar layihələr təqdim edib və bir ay müddətində həmin layihə üzərində işləyiblər. Proqramın sonunda iştirakçılar təqdim etdikləri layihələri komissiya qarşısında uğurla müdafiə edərək diploma layiq görülüblər.
Doktorantlar “Azərbaycan günü” təşkil edərək müxtəlif ölkələrdən olan həmkarlarına Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti barədə məlumat veriblər.

Mətbuat və informasiya şöbəsi


Bakı Dövlət Universitetinin doktorantları Dubnada diploma layiq görülüblərBakı Dövlət Universitetinin doktorantları Dubnada diploma layiq görülüblərBakı Dövlət Universitetinin doktorantları Dubnada diploma layiq görülüblər

Oxşar xəbərlər