
M.Vəliyeva STEAM dərslərini tədris edən müəllimlərlə görüşüb, STEAM məzmununun mənimsənilmə səviyyəsi, yeni metodologiya, konsepsiya və yanaşmaların müəllimlər tərəfindən tətbiqi ilə maraqlanıb.
Nazir müavini, eyni zamanda, təhsilalanların dərs prosesi zamanı hazırladıqları əl işləri və kiçik layihələrlə tanış olub.
Daha sonra STEAM dərslərinin tədrisi və gözləntilərə dair geniş müzakirələr aparılıb.
Qeyd edək ki, 2019-2020-ci tədris ilindən etibarən 42 ümumtəhsil məktəbində “STEAM Azerbaijan” layihəsinin tətbiqinə başlanılıb.
Tehsil-press.az