Putin Polad Bülbüloğlunu təbrik etdi

Putin Polad Bülbüloğlunu təbrik etdi Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.
Təbrik teleqramı Kremlin saytında yerləşdirilib.
“75 yaşınız münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Uzun illərdir ki, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, səmərəli əməkdaşlığın inkişafına çox mühüm töhfələr verirsiniz. Əlbəttə, bir bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınız Rusiyada yüksək qiymətləndirilir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram”, - deyə təbrikdə vurğulanıb.
Qeyd edək ki, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. 1988-2006-cı illərdə Azərbaycanın Mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiri vəzifəsini icra edir.

Tehsil-press.az

Oxşar xəbərlər