Peşə təhsil mərkəzinin müəllimi Almaniyada təlimdə olub

Peşə təhsil mərkəzinin müəllimi Almaniyada təlimdə olub Azərbaycan Sahibkarlar Təşkilatı Milli Konfederasiyası və Almaniyanın “Bildungswerk der Wirtschaft Mecklenburg” təşkilatı tərəfindən birgə icra olunan “Cənubi Qafqazda peşə təhsilinə dəstək” layihəsi çərçivəsində mentorların hazırlanması proqramı həyata keçirilib.
Mərkəzin turizm və qonaqpərvərlik sahəsi üzrə ixtisas fənn müəllimi Nuranə Məmmədova Almaniya Federativ Respublikasında keçirilən təlimlərə qoşulub.
O təlimdə fəal iştirakına görə sertifikata layiq görülüb.

Tehsil-press.az

Oxşar xəbərlər