Bakı Ali Neft Məktəbi Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınıb

Bakı Ali Neft Məktəbi Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınıb Türkiyənin Ali Təhsil Şurası (YÖK) Bakı Ali Neft Məktəbini (BANM) yüksək standartlara cavab verən ali təhsil müəssisəsi kimi tanıyıb.
Ali məktəb tərəfindən göndərilən sorğu Ali Təhsil Şurası tərəfindən müsbət rəy alıb.
Şura tərəfindən ünvanlanan məktubda qeyd edilib ki, Bakı Ali Neft Məktəbi YÖK-ün mövcud beynəlxalq qurumlar siyahısında yer alır. Həmçinin Türkiyədə qarşılıqlı diplom tanınma qaydalarına uyğun olduğu təqdirdə, xaricdəki bütün ali təhsil müəssisələri kimi, Bakı Ali Neft Məktəbinin də bakalavr, magistratura diplom sahibləri müxtəlif təhsil proqramlarına müraciət edə bilər.
Ali Təhsil Şurası Türkiyə Respublikasının 1982-ci il Konstitusiyası ilə müəyyən edilmiş ali təhsil sisteminin təməl əsaslarına görə yaradılmış qurumdur. Şuranın əsas məqsədi Türkiyədəki ali təhsil müəssisələrində tədrisin planlaşdırılması, təşkili, idarə edilməsi, nəzarət, eləcə də ali məktəblərdə tədris və elmi tədqiqat işlərinin aparılması, bu qurumların qanunda göstərilən məqsəd və prinsiplərə uyğun qurulması, inkişafı və akademik kadrların hazırlanması üçün planlar hazırlamaqdır.

Tehsil-press.az


Oxşar xəbərlər