
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinə dəstək proqramı icra edilir.
Latviyanın Qida və Baytarlıq Xidmətinin regional ofisinin rəhbəri Marek Samoxvalov və Latviya Təbiət Elmləri və Texnologiyaları Universitetinin Baytarlıq fakültəsinin dekanı, professor Kaspars Kovalenkonun səfərinin məqsədi fakültənin müəllim heyəti ilə birgə tədris proqramının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparmaq və bu istiqamətdə təkliflərin hazırlanmasıdır.
Görüş zamanı səfərdən məmnunluğunu bildirən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov mövcud layihələrin perspektivindən və gələcəkdə planlaşdırılan layihələr haqda fikirlərini bildirib.
Tehsil-press.az