.jpg)
BDU ilə Karlova Universitetinin yarım əsrə yaxın əlaqələrinin olduğunu deyən rektor Abel Məhərrəmov əməkdaşlığın günü-gündən genişləndiyini, ötən illər ərzində 500-dən çox professor-müəllim və tələbənin akademik mübadilədə iştirak etdiyini diqqətə çatdırıb.
Karlova Universitetinin Təbiət elmləri üzrə fakültəsinin dekanı, professor İrji Ziman rəhbərlik etdiyi fakültə haqqında danışıb. Məlum olub ki, 29 şöbəsi, 3 muzeyi və böyük botanika bağı olan Təbiət elmləri üzrə fakültə 1920-ci ildə yaranıb.
Görüşdə həmçinin Bakı Dövlət Universitetinin Kimya və Biologiya fakültələri ilə Karlova Universitetin Təbiət elmləri fakültəsi arasında imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən görülən işlərdən də bəhs edilib.
BDU-nun Mətbuat Xidməti


