
Bu barədə Dodon Feysbuk səhifəsində yazıb.
“Təəssüf ki, qlobal koronavirus təhlükəsi bizim ölkədən də yan keçmədi. Mən hökumətin bu situasiyanın aradan qaldırılması işlərində yaxından iştirak etmək üçün Moskvaya olan işçi səfərimi dayandırmaq və Moldaviyaya qayıtmaq qərarına gəldim”, - Dodon sosial şəbəkədə qeyd edib.
Prezident qeyd edib ki, Moldovanın dövlət müəssisələri oxşar situasiyaya hazır idi, onlar mobilləşdirilib və “non-stop” rejimində çalışırlar.
Qeyd edək ki, daha əvvəl Moldovanın Səhiyyə Nazirliyi ölkədə koronavirusa ilk yoluxma faktını təsdiqləmişdi.
Tehsil-press.az