Daha bir ölkədə koronavirusa görə məktəblər bağlandı

Daha bir ölkədə koronavirusa görə məktəblər bağlandı Yunanıstanda yeni növ koronavirus səbəbindən ölkənin bütün təhsil müəssisələrində tədris 14 gün müddətinə dayandırılıb.
Qərar Səhiyyə naziri Vasilis Kikiliasın rəhbərliyə müraciətindən sonra qəbul edilib. Kikiliasın sözlərinə görə, məktəb, bağça və universitetlərin bağlanması şəraitində işləyən valideynlərə də dəstək veriləcək.
Qeyd edək ki, Yunanıstanda 89 nəfərdə Covid-19 aşkarlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər