
Üzünə maska taxan iki nəfər şəxs “LUKoil” yanacaqdoldurma məntəqəsinə daxil olub.
Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək 800 AZN pulu götürərək aradan çıxıblar.
Naməlum şəxslər oyuncaq tapançanı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerə ataraq uzaqlaşıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
Tehsil-press.az