Koronavirusa görə uşaqlarını ataları ilə görüşdürmür

Koronavirusa görə uşaqlarını ataları ilə görüşdürmür Hollivudun keçmiş məşhur cütlüyü: aktyor Bred Pittlə aktrisa Ancelina Coli arasında yenidən gərginlik yaranıb.
Buna səbəb Colinin koronavirus səbəbi ilə övladlarının Pittlə görüşməsinə icazə verməməsidir. Belə ki, 44 yaşlı aktrisa Pax, Zahara, Shiloh və əkizləri Knox- Vivienne ilə Los-Ancelesdəki evində karantindədir. Böyük övladı Maddox da təhsil aldığı Cənubi Koreyadan tez bir zamanda Amerikaya qayıdıb.
Colinin qərarına əsasən, 56 yaşlı Bred övladlarını görmək üçün bir neçə ay gözləməlidir. Kino ulduzu uşaqların təhlükəsizliyi üçün belə bir addım atıb. Bu da tərəflər arasında narazılığın yaranmasına səbəb olub.

Tehsil-press.az

Oxşar xəbərlər